1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

18-05-2025
IMG

Hindistanın Heydərabada şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər ölüb.

Fhnews.az Hindistan mediasına istinadla xəbər verir ki, yanğın şəhərin tarixi Çarminar zonasında səhər saat 6 radələrində üçmərtəbəli binanın zirzəmisində başlayıb. Güclü yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb. Yerli polisin məlumatına görə, ölənlər tüstüdən boğulan yatmış sakinlərdir. Ölənlər arasında yaşı 10-dan az olan 8 uşaq da var. Cəmi 4 nəfər yanğından xilas ola bilib.

İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Qeyd edək ki, Hindistanda yaşayış və ictimai binalarda yanğın hadisələri tez-tez baş verir. Bunun əsas səbəbi həm sakinlərin, həm də səlahiyyətli qurumların texniki və təhlükəsizlik qaydalarına laqeyd yanaşmasıdır.

Paylaş: