Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub
Hər il may ayının 18-i QİÇS-dən dünyasını dəyişənlərin Beynəlxalq Anım Günü kimi qeyd olunur.
Fhnews.az xəbər verir ki, Gürcüstanda 29-cu dəfə qeyd olunan bu gündə epidemiyaya qarşı ictimai maarifləndirməni və səfərbərliyi təşviq etmək, bütün İİV-ə yoluxmuş insanları müəyyən etmək və müalicə etmək istiqamətində müəyyən işlər görülür. Bildirilir ki, Gürcüstanda İİV/QİÇS epidemiyası ilə bağlı vəziyyət sabitdir.
Hazırda qlobal vəziyyətə görə Gürcüstan sabit epidemioloji mənzərəsi olan ölkələr sırasındadır. Cari il mayın 18-nə olan məlumata görə, Tengiz Tsertsvadze adına Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzində 11218 İİV-ə yoluxmuş şəxs qeydiyyatdadır, onlardan 8409-u kişi, 2809-u qadındır. Bu günə qədər xəstəlikdən 2402 nəfər ölüb. Bu il 212 nəfərdə İİV-ə yoluxma halı müəyyən edilib. 6900-dən çox xəstə antiretrovirus terapiya alır.
Qeydə alınmış halların coğrafi bölgüsü baxımından İİV/QİÇS-ə yoluxma halları ən çox Tbilisidə qeydə alınıb, ondan sonra Sameqrelo, Acarıstan və İmereti gəlir.
Misir piramidalarının içərisində niyə...
İndoneziyada torpaq sürüşməsi...
Nigeriyada sel fəlakəti nəticəsində...
31 may Ümumdünya Tütünsüz Günüdür...
Türkiyənin ilk üzən qaz platforması Qara...