1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Finlandiyada iki vertalyot toqquşub, 5 nəfər ölüb

17-05-2025
IMG

Finlandiyanın Eura bölgəsində iki vertalyotun toqquşması nəticəsində 5 nəfər ölüb.

Vertalyotlar Estoniyanın paytaxtı Tallinndən Finlandiyanın Kokemaki şəhərinə uçurmuş. Qəza yerli vaxtla saat 12:30 radələrində baş verib.

Estoniya mətbuatının Pori Aviasiya Klubuna istinadən verdiyi məlumata görə, həlak olanlar 20 təyyarənin iştirak etdiyi tədbir üçün Finlandiyanın Piikajarvi hava limanına uçurmuş.

Paylaş: