COP29-a görə metronun üç stansiyasında tibb məntəqələri yaradılacaq
COP29 ərəfəsində "Koroğlu", "28 May", "Elmlər Akademiyası" metrostansiyalarında tibb məntəqələri təşkil olunacaq.
Fhnews.az xəbər verir ki, bu barədə TƏBİB-in COP29-a görə təşkil etdiyi brifinqdə məlumat verilib.
Bildirilib ki, həmin məntəqələrdə 18 həkim, 18 orta tibb işçisi olacaq.
Bundan başqa, təlim keçmiş ehtiyat briqadalarında 120 həkim, 120 orta tibb işçisi olması nəzərdə tutulur.
Həmçinin vurğulanıb ki, COP29 Qərargahında növbətçilik təşkil olunacaq.
Qeyd edək ki, COP29 beynəlxalq tədbiri noyabrın 11-22 tarixlərində keçiriləcək.
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...
Bakıda və Abşeron yarımadasında hava...