1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Braziliyada quş qripi xəbərdarlığı

17-05-2025
IMG

Braziliyada kommersiya quşlarında quş qripinin yayılması təsdiqlənib. Nazirlik açıqlamasında bildirib ki, quş qripi virusunun ilk dəfə kommersiya quşları arasında yoluxması Rio Qrande-du-Sul əyalətinin cənubundakı bir müəssisədə təsdiqlənib.

Açıqlamada təkcə xəstəliyin yayılmasının qarşısını almaq üçün deyil, həm də sektorun istehsal potensialını və qida təhlükəsizliyini qorumaq üçün fövqəladə vəziyyət planının qüvvəyə mindiyi ifadə edilərək, Braziliyanın ticarət tərəfdaşları və səlahiyyətli qurumlarının da məsələ ilə bağlı məlumatlandırıldığı vurğulanıb.

Açıqlamada quş qripi virusunun insanlara keçmə riskinin az olduğu, virusun daha çox xəstələnmiş diri və ya ölü quşlarla yaxın təmas nəticəsində keçdiyi bildirilib.Xəstəliyin quş əti və ya yumurta istehlakı ilə yoluxmadığı da bildirilib.

Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Karlos Favaro Çinin epidemiya səbəbilə Braziliyadan quş əti idxalını 60 gün müddətinə dayandırdığını açıqlayıb.

Paylaş: