1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

18-05-2025
IMG

Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.

Fhnews.az xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Forum mayın 19-dək davam edəcək.

Paylaş: