Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib
İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatına start verilib.
Azərbaycan Kunq-Fu Federasiyasından verilən məlumata görə, mundialın ilk günündə milli komandanın üzvü Əminə Əliyeva parlaq çıxışla yadda qalıb. Prezident İlham Əliyevin nəvəsi olan idmançı "light sanda" döyüşü üzrə finala vəsiqə qazanıb.
Turnirin açılış mərasimində Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov çıxış edərək, ölkəmizin idman uğurlarından, xüsusilə də Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı və dəstəkdən bəhs edib. Onun sözlərinə görə, bu diqqət və dəstək sayəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edir və bayrağımızı ucaldır.
Bakıda kəndirlə mübarizə növü üzrə...
Azərbaycan boksçuları Almatıda 2 qızıl...
FHN-in idmançıları beynəlxalq yarışlarda...
Bakıda minifutbol üzrə dünya və Avropa...
Azərbaycan tarixdə ilk dəfə keçiriləcək...