Antalyanın miniatür şəlalələri
Havalar isindikcə əriyən qar suları Toros dağlarının hər küncündə kiçik axarlar və şəlalələr əmələ gətirib. Dənizi, qumu və günəşi ilə milyonlarla turisti cəlb edən Antalya dünyaca məşhur şəlalələrə ev sahibliyi edir.
Hündürlüyü 20 metrə çatan bu şəlalələr bütün il boyu ziyarətçiləri qarşılasa da, yazın gəlişi ilə Antalyanın yuxarı hissələrində yalnız təbiətsevərlərin və yerli əhalinin tanıdığı miniatür şəlalələr meydana çıxır.
Havaların isinməsi və qarın əriməsi ilə yaranan şəlalələr bir neçə metr hündürlüyə çataraq yazın ortalarına qədər təbiəti bəzəməkdə davam edir.
Beydağlarının müxtəlif nöqtələrində əmələ gələn bu kiçik dərələr və şəlalələr aşağıya doğru axmağa davam edir, əvvəlcə iri çaylar əmələ gətirir, bir qismi əkinçilikdə istifadə olunur, daha sonra Antalyanın dünyaca məşhur şəlalələrini qidalandırır və dənizə tökülərək bitir.
Misir piramidalarının içərisində niyə...
İndoneziyada torpaq sürüşməsi...
Nigeriyada sel fəlakəti nəticəsində...
31 may Ümumdünya Tütünsüz Günüdür...
Türkiyənin ilk üzən qaz platforması Qara...