1 iyun 2025, bazar Bakı, 18°C
IMG-LOGO

ABŞ-da güclü qasırğa nəticəsində  21 nəfər ölüb

17-05-2025
IMG

ABŞ-nın iki ştatına təsir edən fırtına və tornadolarda ən azı 21 nəfərin həyatını itirdiyi açıqlanıb. ABŞ-ın Midwest bölgəsini vuran şiddətli fırtınalar nəticəsində azı 21 nəfər ölüb. Ölənlərdən 9-u ölkənin cənub-qərbində baş verən tornado səbəbindən dünyasını dəyişib.
CBS News-un məlumatına görə, Kentukki qubernatoru Endi Beşir ştatda pis hava şəraiti səbəbindən 14 nəfərin öldüyünü və ölənlərin sayının arta biləcəyini açıqlayıb.

Missuri ştatında şiddətli fırtınalar nəticəsində 7 nəfərin öldüyü bildirilir. Fırtınalar səbəbindən elektrik enerjisində də fasilələr yaranıb. Sent-Luis Bələdiyyə Başçısı Kara Spenser 5000-dən çox ev təsərrüfatının fırtınalardan zərər çəkdiyini və ötən gecəyə olan məlumata görə, təxminən 100.000 abunəçinin işıqsız qaldığını açıqlayıb.
Fırtınalar nəticəsində yaralananların sayı dəqiq bilinməsə də, Barnes-Yəhudi Xəstəxanası fırtınalardan sonra onlara 20-30 nəfərin gəldiyini, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Sent-Luis Uşaq Xəstəxanası da onlara 15 yaralının müraciət etdiyini bildirib.

Ötən gecə şəhərin bəzi yerlərində komendant saatı tətbiq edilib. ABŞ Hava Xidmətinin radarı Missuri ştatının Kleyton şəhərində yerli vaxtla saat 14:30-14:50 arasında tornado aşkar edib. Agentlikdə çalışan meteoroloq Marşall Pfahler  tornadodan sonra dağıntıların, əsasən ağacların yıxıldığı barədə məlumatların olduğunu söyləyib.

Paylaş: