1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

27 dollara alınan saxta əlyazmanın 725 illik Magna Carta olduğu ortaya çıxıb

17-05-2025
IMG

1946-cı ildə ABŞ-da Harvard Universitetinin Hüquq Məktəbi tərəfindən cəmi 27,50 dollara satın alınan əlyazma sənədinin 1300-cü ilə aid orijinal Magna Carta olduğu ortaya çıxdı.

Sənədin əsli  Harvardın rəqəmsal arxivlərinin skan edilməsi zamanı London Kral Kollecinin Orta əsrlər tarixi professoru Devid Karpenter tərəfindən aşkar edilib. O, Magna Carta eksperti professor Richard Manndan sənədin araşdırılmasını istəyib. Vinsentlə aparılan araşdırmalar zamanı əlyazmanın orijinallığı onun üslubuna, birinci sətirdəki baş hərf “E”yə və ölçülərinə əsasən təsdiq edilmişdir. Sənədin 1300-cü ildə İngiltərə kralı I Edvard tərəfindən buraxılmış yeddi nüsxədən biri olduğu düşünülür.

İnsan hüquqlarının əsas sənədlərindən biri sayılan Magna Carta İngiltərədə kralın da hüquq qaydalarına tabe olduğunu yazılı şəkildə bildirən ilk mətn kimi tanınır. Mütəxəssislər bu kəşfin Harvard Hüquq Məktəbinin kolleksiyası üçün "tacdakı ləl-cəvahirat" olduğunu deyirlər. 

Harvard Universiteti sözügedən sənədi Londonda yerləşən “Sweet & Maxwell” kitab mağazasından hərrac yolu ilə alıb. Sənəd o zaman “1327-ci il tarixli nüsxə” kimi təsvir edilirdi. Bununla belə, yeni təhlillər mətnin strukturu və fiziki xüsusiyyətlərinin digər orijinal Magna Carta nüsxələri ilə üst-üstə düşdüyünü ortaya qoyub. 

İyun ayında kəşfi qeyd etmək üçün iki tarixçi Harvarda dəvət edildi. Sənədin daimi sərgiyə daxil ediləcəyi gözlənilir.

Paylaş: