2 aprel 2025, çərşənbə Bakı, 18°C
IMG-LOGO

Danimarkada kağız məktublardan istifadə edilməyəcək

07-03-2025
IMG

Danimarka poçt xidməti 2025-ci ilin sonuna qədər məktubların çatdırılmasını dayandıracağını və təxminən 1500 nəfəri işdən çıxaracağını açıqlayıb. İyun ayından etibarən ölkədə 1500 poçt qutusu yığışdırılmağa başlayacaq. 

Dünyada rəqəmsal kommunikasiya vasitələrinin istifadəsinin artması ilə yazışma kimi üsullar dövriyyədən çıxmağa başlayıb. 

Danimarkanın dövlət poçt xidməti “PostNord” yüzdə 90 azalma səbəbiylə 1 yanvar 2026-cı il tarixindən etibarən məktubların çatdırılmasını dayandıracağını açıqlayıb. 
2000-ci ildən bəri məktub paylanmasında azalmanın müşahidə olunduğu Danimarkada qərarın ən çox yaşlı əhaliyə təsir edəcəyi gözlənilir.

Danimarkalıların 95 faizi rəqəmsal poçt xidmətindən istifadə etdiyi halda, 271 min adamın hələ də məktub göndərdiyi bildirilib.

Paylaş: