Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Noyabrın 1-dən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər noyabrın 1-dən dekabrın 1-dək ümumi təhsil müəssisələrinə qəbul üçün “sy.edu.az” vasitəsilə müraciət edə bilərlər.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.
Azərbaycan Gənc Müəllimlər...
AzMİU beynəlxalq reytinq sistemində daha...
BDU ilə Qazaxıstanın Almatı...
BŞTİ: Ümumi təhsil müəssisələrində işə...
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun...