Fransanın Kann şəhərində güclü yağış daşqınlara səbəb olub
Fransanın cənubundakı Kann şəhərində güclü yağışlar nəticəsində küçə və prospektləri su basıb.
Kann Bələdiyyəsindən verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində Midi Bulvarı, Mareçal Qallieni küçəsi və Mimont küçəsinə birləşdirən yollar da daxil olmaqla bəzi məntəqələr nəqliyyata bağlanıb.
Bundan əlavə, Kann və Nitsa arasındakı A8 avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Su basmış yollarda avtomobillərində sıxışan sürücülər təxliyə edilib, sel nəticəsində can itkisi yaşanmayıb.
Kann Bələdiyyəsi şəhər sakinlərinə səyahətlərində diqqətli olmaları barədə xəbərdarlıq edib.
“SpaceX” Yerin orbitində qütblərarası...
Avropada dabaq epidemiyası yayılır...
Avstraliyada “Covid”-in yeni variantının...
Dünyada rekord temperatur müşahidə...
NASA-nın Günəş zondu rekord uçuşu...