Azərbaycanın yeniyetmə taekvondoçusu Türkiyədəki turnirdə gümüş medal qazanıb
Azərbaycanın yeniyetmə taekvondoçusu Ülvi Məmmədov (37 kiloqram) Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gümüş medal qazanıb.
Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, finala gedən yolda 5 rəqibi üzərində qələbə qazanan idmançı həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olaraq, ikinci yerlə kifayətlənib.
Bu gün yarışda böyükyaşlı taekvondoçular mübarizəyə qoşulublar. Böyüklərin mübarizəsinə fevralın 12-də yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, ötən gün yarışın rəsmi açılış mərasimində Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...