Avropa çempionatı: Azərbaycan badminton millisinin qrup oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın badminton millisinin Bakıda ilk dəfə təşkil olunacaq qarışıq komandaların Avropa çempionatında keçirəcəyi qrup oyunlarının təqvimi açıqlanıb.
Badminton Federasiyasından verilən məlumata görə, birinci qrupda yer alan yığma ilk görüşünü fevralın 12-də İngiltərə seçməsinə qarşı keçirəcək.
Milli komanda ayın 13-də İspaniya, bir gün sonra isə Danimarka kollektivi ilə üz-üzə gələcək. Bakı İdman Sarayında oynanılacaq hər üç qarşılaşma saat 10:00-da start götürəcək.
Qeyd edək ki, turnirdə 8 komanda mübarizə aparacaq. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaqlar. Digər qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıb. Avropa çempionatına fevralın 16-da yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...