Azərbaycan taekvondoçuları Tehrandan iki medalla qayıdırlar
İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin Kuboku başa çatıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, milli komanda G2 kateqoriyalı yarışda iki medal qazanıb.
Komandanın heyətində Taleh Süleymanov (87 kiloqram) gümüş, Ələsgər Əliyev (74 kiloqram) isə bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, analoji yarış fevralın 20-də parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi kubokda mübarizə aparacaq.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...