Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.
Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
Qurbanqulu Berdiməhəmmədov
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...