Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi 28 May - Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik edirəm. Sizin sayənizdə Can Azərbaycanımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixi nailiyyət qazandı.
Sizin andiçmə mərasimində söylədiyiniz “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləriniz bizi səmimi-qəlbdən duyğulandırdı və Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti üçün böyük bir motivasiya oldu. Qalib ölkənin Lideri kimi söylədiyiniz bu sözlər bizim üçün strateji yol xəritəsidir və əsas fəaliyyət xəttimizi müəyyən edir. Bu gün bütün Türk dünyası mediatorlarının sevə-sevə təkrarladığı bu sözlər bizim üçün böyük bir şüardır. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası, türk dövlətləri ailəsi üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər boyu böyük işlərin həm təməli, həm də davamıdır.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımızı bildirirəm. Gördüyünüz böyük işlər özündən sonra milyonlarla yol, cığır açır. Biz Türk Dünyası Mediatorlar Birliyi olaraq Türk dünyası yolunda cızdığınız xətlə peşə istiqamətimiz üzrə addımlayırıq.
Azərbaycanın suverenliyinin və müstəqilliyinin əsas atributlarından biri olan ərazi bütövlüyünün Sizin komandanlığınızla bərpa olunması azərbaycanlı qardaşlarımızın qürur duyduğu çox önəmli tarixi hadisədir. Sizinlə bütün Türk dünyası qürur duyur.
Sizi bir daha səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Hörmətlə,
Yakup Erikel
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...