24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

30-05-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram.

Dərin hörmətlə,

Şeyx Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri

Paylaş: