23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Parislilər Olimpiya Oyunları zamanı evdən işləməyə təşviq ediləcək

08-02-2024

Fransanın paytaxtı Paris 26 iyul-11 avqust tarixlərində Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Olimpiya Oyunları zamanı şəhər sakinlərini evdən işləməyə təşviq etmək üçün metro stansiyalarına plakatlar asılıb. Parisin əhalisi ictimai nəqliyyat şəbəkəsinə qoşulan ətraf şəhərlərin sakinləri ilə 2 milyondan 12 milyona yüksələcək.Olimpiada üçün 15 milyon turistin gələcəyi gözlənilən şəhərdə hazırda sürücülərin olmaması səbəbindən metro və qatar xidmətlərində yaranan gecikmələr ictimai nəqliyyatda ciddi problemlər yaradıb.

Olimpiada zamanı artacaq əhali sıxlığı səbəbindən mövcud problemlərin daha da pisləşəcəyi proqnozlaşdırılır. Bu müddət ərzində ictimai nəqliyyatda mümkün sıxlığın qarşısını almaq üçün hökumət Parisliləri Olimpiada zamanı evdən işləməyə təşviq etmək üçün kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində Parisdə metro və şəhərətrafı qatar stansiyalarında “Evdən işləmək vaxta qənaət etmək üçün vacibdir” sözləri yazılmış plakatlar asılıb.

Plakatlarda olimpiada zamanı vətəndaşlara və turistlərə ictimai nəqliyyat səfərlərini əvvəlcədən planlaşdırmağa kömək edəcək vebsayt haqqında məlumatlar da yer alıb.

Paylaş: