“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalaydan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Xalqın böyük dəstəyi ilə prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından təbrik edirəm.
Bu seçkilərin Türkiyənin strateji müttəfiqi və yaxın qonşusu olan Azərbaycanın bütün ərazisində keçirilməsi milli birliyin təmin edilməsi baxımından böyük önəm daşıyır. Uzun müddətdən sonra işğaldan azad edilmiş bölgələrdə də seçkilərin keçirilməsi tarixi əhəmiyyət kəsb edib.
Azərbaycanda yaşanan bu mühüm dəyişikliklərin və təmin olunan ictimai həmrəyliyin Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının bundan sonrakı fəaliyyətinə müsbət təsir göstərəcəyinə, əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq.
Hörmətlə,
Ergün Atalay
“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...