“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçirilib.
Fhnews.az xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma "dəmiryolçular"ın 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Azərreyl" 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.
Ötən gün "Azərreyl"in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal"ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.
Qeyd edək ki, qadınların Yüksək Liqasında bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...