27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Kişi şahmatçıların Azərbaycan çempionatında vahid lider məlum olub

15-04-2024

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IV turun partiyaları keçirilib.

Fhnews.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, turun açılışında iştirak edən federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov növbəti illərdə milli komandanın bütün üzvlərinin çempionatda iştirakına çalışacaqlarını bildirib.

IV turda əsas mübarizə Məhəmməd Muradlıyla Aydın Süleymanlı arasında olub. Partiya M.Muradlının qələbəsi ilə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadə ilə mübarizədən qalib ayrılıb.

Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.

Dörd turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıblar. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşürlər.

Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.

Paylaş: