Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında iştirak edir
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyadan (ABF) verilən məlumata görə, fevralın 12-dən toplanışına start verən yığma Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə həm fiziki, həm də taktiki məşqlər keçir.
Fevral 21-dək davam edəcək toplanışda 16 basketbolçu iştirak edəcək. Bunlar Amil Həmzəyev, Orxan Aydın, Zaur Paşayev, Endər Poladxanlı, Nəzər Quliyev, Əkbər Məmmədov, Kamran Məmmədov, Ulaş Turqut, Cəbrayıl Əkbərov, Elşad Şirzadov, Şirzad Şirzadov, Fikrət Ələkbərov, Rəşid Abbasov, Səid İsmayılov, Sadəttin Donat və Ərcan Donatdır.
Azərbaycan millisinə cəlb olunan iki yeni əcnəbi basketbolçu - Zak Leday və Dante Holl isə komandaya İsveçrədə qoşulacaqlar.
Hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərən 12 oyunçu millinin əsas heyətinə cəlb olunacaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk görüşünü fevralın 22-də Bakı vaxtı ilə saat 22:00-da səfərdə İsveçrə yığmasına qarşı, ikinci oyununu isə fevralın 25-də Bakıda Kosovo seçməsinə qarşı keçirəcək.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...