24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınıb (video, foto)

19-01-2024

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hisəssində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb.

Paylaş: