FHN: Samur-Abşeron kanalında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.
Hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bakıda kafedə yanğın baş verib...
Bakıda yanğın olub, xəsarət alan var...
Paytaxtın Nərimanov rayonunda təkər və...
Bakıda sexdə yanğın baş verib (video)...
Xırdalanda baş verən yanğın söndürülüb,...