COP29 çərçivəsində Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumu keçiriləcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi Sabina Ymeri ilə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman təsisatının BMT və onun ixtisaslaşmış qurumları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun əməkdaşlığının müzakirəsi məqsədilə keçirilmiş görüşdə Aparat rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Sevinc Şener iştirak ediblər.
Görüşdə Rəşid Rumzadə müvəkkilin mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, ombudsmanın beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib. Eyni zamanda, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini, təşkilatın ölkəmizdəki rezident-əlaqələndiricisi ilə birgə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb.
Söhbət zamanı qonağa Dayanıqlı İnkişaf Məqsədləri də nəzərə alınmaqla müvəkkilin həyata keçirdiyi fəaliyyət, o cümlədən məişət zorakılığının aradan qaldırılması, gender bərabərliyi, sağlamlıq hüququnun, ekoloji hüquqların təmini və digər istiqamətlərdə görülən işlər barədə məlumatlar verilib.
İnsan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində ölkədə aparılan islahatlar, Ombudsman təsisatının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, BMT-nin müqavilə qurumlarının tövsiyələri nəzərə alınmaqla Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər, eləcə də təsisatda yeni struktur bölmələrinin yaradılması barədə ekspertin sualları üzrə ətraflı məlumatlar təqdim olunub.
Qarşılıqlı müzakirə şəraitində davam edən görüşdə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, Azərbaycan Ombudsmanının da COP29-la əlaqədar Təşkilat Komitəsinin üzvü olduğu, DİM-də yer alan hədəflərə uyğun tədbirlərin davam etdirildiyi, həmçinin COP29 çərçivəsində Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun da keçiriləcəyi diqqətə çatdırılıb.
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...
Bakıda və Abşeron yarımadasında hava...
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...