24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelledən

04-06-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Qardaş və dost Azərbaycan xalqı milli bayramının ildönümünü qeyd etdiyi bu günlərdə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Cibuti xalqı və hökuməti də ölkənizə tərəqqi, əmin-amanlıq və inkişaf arzulamaqda mənə qoşulur.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan inkişaf yolunda daha da fəal irəliləyir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, Siz ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi naminə həmişə Cibuti xalqı və hökumətinin dəstəyini hiss edəcəksiniz.

Ölkəmiz bütün dünyada sülhün və sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanla birgə yorulmadan səy göstərəcəkdir.

Cənab Prezident, Sizə bir daha səmimi təbriklərimi çatdırır və qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

İsmail Ömər Qelle

Cibuti Respublikasının Prezidenti

Paylaş: