Boks üzrə Azərbaycan millisi Qazaxıstana yollanıb
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Qazaxıstana yollanıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatı şəhərində toplanış keçəcək.
Hazırlıqda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kiloqram), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Ruslan Rüstəmov (63,5 kiloqram), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kiloqram), Mirşərif Kazımzadə (71 kiloqram), Kamran Şahsuvarlı (75 kiloqram) və Seyid Seyidovu (86 kiloqram) yoxlayacaq.
Qazaxıstanlı boksçularla hazırlıqda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...