Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
"Bakıda keçirilən Dünya Kuboku mənim üçün uğurlu alındı".
Fhnews.az xəbər verir ki, bu sözləri açıqlamasında belçikalı gimnast Alessia Verstappen Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.
O, bu cür yarışda iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Ölkəmi bu cür mühüm turnirdə təmsil etdiyimə görə çox xoşbəxtəm. Əla təcrübə oldu. İnanıram ki, gələcək yarışlarda daha yaxşı nəticə qazanacağam".
Gənc gimnast Bakıda keçirilən turnirdəki təşkilatçılıqdan razı qaldığını da söyləyib: “Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir. Sizin insanların bizi dəstəkləməsi əla hissdir. Bakını bəyəndiyimi deyə bilərəm".
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...