Bakıda Paris Olimpiadasına lisenziya xarakterli atletika yarışı keçiriləcək
Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.
Fhnews.az xəbər verir ki, Atletika Federasiyasından (AAF) verilən məlumata görə, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından idmançılar öz güclərini sınayacaqlar.
Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.
Respublika Olimpiya Mərkəzində startı veriləcək yarış fevralın 2-3-də baş tutacaq.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...