Bakıda karate üzrə ümumrespublika seminarı keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda karate üzrə ümumrespublika seminarı keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, seminarda AKF-nin nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib.
700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı iki saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.
AKF-in vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, idarə heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...