Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı Türkiyədə davam etdirəcək
Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək.
Fhnews.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, milli komanda bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüb.
Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv sözügedən şəhərdə 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, "Avro-2024" (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...