Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq toplanışına başlayıb
Parataekvondo üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışına start verib.
Fhnews.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Monqolustan, Qazaxıstan və Özbəkistan yığmalarının da hazırlıq keçdiyi toplanışda yığmaya baş məşqçi Fərid Tağızadə ilə məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.
Hazırlıq prosesində Amin Əliyev (58 kiloqram), Sabir Zeynalov (58 kiloqram), Sadiq Həmidov (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Sərvan Məmmədli (80 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram), Orxan Cəfərov (80+ kiloqram) və Şahmar Quliyev (80+ kiloqram) iştirak edir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...