Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 9 medal qazanıblar
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Lüksemburqda keçirilən “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Federasiyadan verilən məlumata görə, böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb.
Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...