Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
Azərbaycanın yeniyetmə taekvondoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunun ilk günündə uğurla çıxış ediblər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandanın 6 üzvü fəxri kürsüyə qalxıb.
Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kiloqram) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kiloqram) və Çingiz Həsənov (53 kiloqram) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kiloqram), Gülnar Rəsulzadə (47 kiloqram) və Sərxan Talıbzadə (65 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, Prezident Kubokuna aprelin 28-də yekun vurulacaq.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...