Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar
Azərbaycanın aerobika gimnastları Çexiyanın Praqa şəhərində keçiriləcək “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya (hamısı üçlük və qrup), Məryəm Topçubaşova və Sara Əlixanlı (hər ikisi fərdi və qrup) bacarıqlarını göstərəcəklər.
Yarışda hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcək.
Beynəlxalq turnir aprelin 18-dən 21-dək davam edəcək.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...