Azərbaycan gimnastları Almaniyadakı beynəlxalq turnirdə iştirak edəcəklər
Bədii gimnastika üzrə Azərbaycan millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək “Gymnastic International 2024” turnirində iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, yarışda məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova medallar uğrunda mübarizə aparacaqlar.
Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova isə turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...