Azərbaycan boksçuları Olimpiya Təsnifat Turnirlərinə Türkiyədə hazırlaşırlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Olimpiya Təsnifat Turnirlərinə hazırlığını Türkiyənin Trabzon şəhərində davam etdirir.
Fhnews.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, fevralın 11-də başlayan təlim-məşq toplanışı bu ayın 25-də başa çatacaq.
Hazırlıqda məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (75 kiloqram) iştirak edirlər.
Boksçular Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə hazırlıq keçirlər. Toplanış çərçivəsində sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...