Azərbaycan Basketbol Liqası: "Xırdalan" vacib qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.
Fhnews.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən açılış oyununda "Xırdalan" və "Gəncə" klubları üz-üzə gəliblər.
Pley-off zonasında qərarlaşmış "Xırdalan" rəqibi üzərində 93-87 hesablı önəmli qələbə qazanaraq, mövqeyini bir qədər də möhkəmləndirib.
Görüşün ən məhsuldar basketbolçuları "Xırdalan"dan Teyvion Körk (33 xal, 5 asist), "Gəncə"dən Tevon Horton (24 xal, 4 ribaund) olublar.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...