Ayan Allahverdiyeva Azərbaycan çempionu olub
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 7 turdan 5,5 xal toplayan Ayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.
Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.
Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Mükafat fondu ilk beşlikdə yer alan şahmatçılar arasında bölünür. Qalib şahmatçı 6 min manat əldə edir.
Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova şəxsi Avropa çempionatına ezam olunacaq.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...