27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Avropa çempionatının son günündə Azərbaycanın 4 sərbəst güləşçisi medal görüşünə çıxacaq

18-02-2024

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.

Fhnews.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal görüşünə çıxacaq.

Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi hazırkı Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqrqm), Ülvi Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib. Sərbəst güləşçilər arasında isə Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) bürünc medal əldə ediblər.

Paylaş: