Avropa çempionatı: Azərbaycanın üç güləşçisi medal qazanıb
Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında medal əldə edib.
Fhnews.az xəbər verir ki, 97 kiloqramda Maqomedxan Maqomedov həlledici görüşdə gürcüstanlı Givi Matçaraşviliyə uduzub. Üçüncü yer uğrunda mübarizədə İslam Bazarqanov (57 kiloqram) ukraynalı Kamil Kərimovu, Əli Rəhimzadə (65 kiloqram) fransalı Həmzət Arsamerzuyevi məğlub edib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) sabah bürünc medal üçün yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...