Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmmədli finalda moldovalı Viktor Çiobanunu üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvləri Həsrət Cəfərov (67 kiloqram) qızıl mükafat uğrunda rusiyalı Ruslan Biçurin, Ülvü Qənizadə (72 kiloqram) isə türkiyəli Səlçuk Canla qarşılaşacaq.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...