Yeni hiperkar təqdim olunub
"Pagani Automobili" şirkəti "Utopia" hiperkarının yeni versiyasını təqdim edib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu, müxtəlif qatlanan dam variantları ilə təqdim olunan rodsterdir.
Onun çəkisi 1280 kiloqramdır, yəni "Utopia Coupe" ilə eynidir. Avtomobil 635 kVt (863 at gücü) hasil edən atmosferli V12 mühərriki ilə təchiz edilib.
"Pagani Utopia Roadster"in xüsusiyyətlərindən biri də "ağıllı" şinləridir. "Pirelli Cyber Tire" şinləri sürücü üçün əlavə imkanlar açaraq təkərlərin vəziyyəti haqqında bütün məlumatları bort kompüterinə ötürən xüsusi sensorlarla təchiz olunub.
"Pagani Utopia Roadster"dən cəmi 130 ədəd istehsal ediləcək. Avtomobilin qiyməti 3.1 milyon avrodur.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...