Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib
Paleontoloqlar Argentinanın Çubut əyalətində 69 milyon il əvvəl yaşamış ətyeyən dinozavrın yeni növünü aşkarlayıblar.
Fhnews.az xəbər verir ki, bu barədə Milli Elmi və Texniki Tədqiqatlar Şurası məlumat yayıb.
Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf dinozavrların nəsli kəsilmədən əvvəl heyvanlar aləminin əvvəllər düşünüldüyündən daha müxtəlif olduğunu göstərir.
Məlumata görə, bu dinozavrlar qədim cənub superqitəsi Qondvanada yaşayırdılar. Bunlar ön ayaqları kövrək olan ikiayaqlı heyvanlar idi.
Yeni növ dinozavr kəllə sümüyünün kiçik ölçüsü və buynuzlarının olmaması ilə seçilir.
Paleontoloqlar dinozavrın kəllə, onurğa, bud, quyruq sümüklərini tapıblar.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...