24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Yaşıl İqlim Fondunun icraçı direktoru: Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır

14-11-2024
IMG

“Məmnunluqla deyə bilərəm ki, ikinci dəfədir COP konfranslarında iqlim maliyyə fondları bir araya gəlir. COP28-də biz vacib çağırışla çıxış etdik. Bu çağırışda biz öz gələcək planlarımıza nəzər saldıq. Mən uzun illərdir ki, iqlim sahəsində çalışıram və öz təcrübə əsasən deyə bilərəm ki, bizə lazım olan ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır”.

Fhnews.az xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "COP29 Sədrliyi və MCF-in (Çoxtərəfli İqlim Fondları) Birgə Tədbiri: İqlim Təsirini Sürətləndirmək" adlı tədbirdə deyib.

M.Duarte uzun müddətdir ki, iqlim maliyyəsinə çıxış imkanlarının çətinliyindən bəhs edildiyini vurğulayaraq qeyd edib:

"İqlim maliyyəsi milyonlarla təşkilatları əhatə edir. Qeyd edim ki, iqlim maliyyəsi ilə sadəcə iqlimlə bağlı təşkilatlar məşğul olmur. Ən vacib məqam bundan ibarətdir ki, biz bütün maraqlı tərəflər bir araya gələrək iqlim maliyyəsinə asan çıxışları təmin etməliyik".

Paylaş: