Yalçın Rəfiyev: İqlim maliyyəsi qlobal enerji keçidinin, az karbon emissiyalı və iqlimədavamlı gələcəyi təmin etmək üçün olduqca zəruridir
“Bu gün biz bir araya gələrək iqlim dəyişmələri ilə mübarizənin ən mühüm aspektlərini birini müzakirə edirik ki, bu da iqlim maliyyəsi ilə bağlıdır. Bildiyiniz kimi, iqlim maliyyəsi qlobal enerji keçidinin, eləcə də az karbon emissiyalı və iqlimədavamlı gələcəyi təmin etmək üçün olduqca zəruridir. Adətən iqlim layihələrinə riskli investisiya kimi baxılır və bu zaman da maliyyə xərcləri artır, ancaq investisiyalar azalır”.
Fhnews.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən “COP29 Sədrliyi və MCF-in (Çoxtərəfli İqlim Fondları) Birgə Tədbiri: İqlim Təsirini Sürətləndirmək” adlı tədbirdə deyib.
Y.Rəfiyev bu məsələdə Çoxtərəfli İqlim Fondunun çox böyük rolu olduğunu qeyd edərək bildirib ki, Fond özündə çoxlu sayda iqlimlə bağlı fondları birləşdirir: “Bu illər ərzində bu fondlar birlikdə iqlimə 50 milyard dollardan çox investisiya ediblər”.
Y.Rəfiyev Çoxtərəfli İqlim Fondunun öz fəaliyyətini dərin əməkdaşlığa fokuslanaraq davam etdirəcəyinə əminliyini ifadə edib.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...