24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

01-06-2024
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
 
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.
Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.
 
Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcəkdir.
 
Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Hörmətlə,
 
To Lam
Vyetnam Sosialist Respublikasının Prezidenti
Paylaş: