Üzgüçülük üzrə Azərbaycan birinciliyi təşkil olunacaq
Aprelin 24-də üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürəcək.
Fhnews.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışlarda 3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və baterflay üsullarda üzəcəklər.
Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazdənin bildirdiyinə görə, yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının və Bakı Su İdmanı sarayının birgə təşkilatçılığı ilə keçiriləcək yarış aprelin 27-də başa çatacaq.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...